DÜNYA


Bolqarıstanda hərbi zavodda partlayış nəticəsində üç nəfər həlak olub

Bakı, 5 oktyabr, AZƏRTAC

Bolqarıstanın Stara Zaqora vilayətinin Kazanlık şəhəri yaxınlığındakı “Arsenal” silah zavodunda baş verən partlayış nəticəsində ən azı üç nəfər həlak olub.

AZƏRTAC Bolqarıstan mediasına istinadla xəbər verir ki, bu barədə Stara Zaqora vilayətinin prokuroru Diço Atanasov jurnalistlər üçün keçirilən brifinqdə deyib.

Prokuror hadisənin səbəblərinin müəyyən edilməsi istiqamətində bir sıra ekspertizaların aparılacağını bildirib. Onun sözlərinə görə, insan səhvi və texniki problemlər əsas versiya kimi nəzərdən keçirilir.

Qeyd edək ki, insident oktyabrın 4-də Kazanlık şəhəri yaxınlığındakı “Arsenal” silah zavodunda baş verib. Partlayış nəticəsində pirotexniki məmulatların istehsal olunduğu sex tamamilə dağılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.