DÜNYA


Bolqarıstanda koronavirusa yoluxanların sayı 541 nəfərə çatıb

Sofiya, 6 aprel, AZƏRTAC

Son 24 saat ərzində Bolqarıstanda 19 nəfər koronavirusa yoluxub. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 541 nəfərə çatıb. Bu barədə koronavirusla əlaqəli əsas qərargahın sədri Ventislav Mutafçiyski məlumat verib. Hazırda xəstəxanalarda 210 xəstə yerləşdirilib, bunlardan 22-si reanimasiyadadır. Son 24 saat ərzində 2 nəfər koronavirus xəstəliyi ilə əlaqədar həyatını itirib. Koronavirusdan ölənlərin ümumi sayı isə Bolqarıstanda 21 nəfər təşkil edir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.