DÜNYA


Bolqarıstanda koronavirusa yoluxanların sayı artır

Sofiya, 11 sentyabr, AZƏRTAC 

Bolqarıstanda sutka ərzində 163 yeni koronavirusa yoluxma halı qeydə alınıb. AZƏRTAC Bolqarıstanın xəstəliklə əlaqədar yaradılan operativ qərargahına istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların sayı 17 min 598 nəfərə çatıb,12 min 619 nəfər sağalıb, 706 nəfər ölüb. Xəstəxanalarda 746 nəfər yerləşir, onlardan 55 nəfəri reanimasiya şöbələrindədir. Bolqarıstan hökuməti təhlükənin davam etdiyini bildirir və əhalinin sanitar normalara riayət etməyə çağırır.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.