DÜNYA


Bolqarıstanda koronavirusa yoluxanların sayı artır

Sofiya, 26 sentyabr, AZƏRTAC 

Bolqarıstanda sutka ərzində koronavirusa 255 yeni yoluxma halı baş verib. AZƏRTAC Bolqarıstanın xəstəliklə əlaqədar yaradılan operativ qərargahına istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların sayı 19 min 828 nəfərə çatıb,14 min 132 nəfər sağalıb, 789 nəfər ölüb. Xəstəxanalarda 782 koronaviruslu xəstə yerləşir, onlardan 36-sı reanimasiya şöbələrindədir. Bolqarıstan hökuməti təhlükənin davam etdiyini bildirir və əhalini sanitar normalara riayət etməyə çağırır.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.