DÜNYA


Bolqarıstanda koronavirusa yoluxanların sayı artmaqda davam edir

Sofiya, 22 sentyabr, AZƏRTAC

Bolqarıstanda koronavirusa yoluxanların sayı artaraq davam edir. AZƏRTAC virusla əlaqədar yaradılan operativ qərargaha istinadla xəbər verir ki, son 24 saat ərzində 151 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib. Yoluxanların ümumi sayı 19 min 14 nəfərdir. Hazırda xəstəxanada 714, reanimasiya bölməsində isə 33 nəfər yerləşir. Sağalanların sayı 13 min 727, ölənlərin sayı 765 nəfərdir. Qeyd edək ki, Bolqarıstan hökuməti vətəndaşları məsafə saxlamağa, sanitar normalara riayət etməyə çağırır.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.