DÜNYA


Bolqarıstanda koronavirusa yoluxanların sayı yenidən artır

Sofiya, 9 sentyabr, AZƏRTAC 

Bolqarıstanda sutka ərzində koronavirusa 167 yeni yoluxma halı baş verib. AZƏRTAC Bolqarıstanın xəstəliklə əlaqədar yaradılan operativ qərargahına istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların sayı 17 min 313 nəfərə çatıb,12 min 297 nəfər sağalıb, 692 nəfər ölüb. Xəstəxanalarda 762 nəfər yerləşir, onlardan 57 nəfər reanimasiya şöbələrindədir. Bolqarıstan hökuməti təhlükənin davam etdiyini bildirir və əhalini sanitar normalara riayət etməyə çağırır.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.