DÜNYA


Bolqarıstanda korrupsiyaya qarşı mübarizənin orta təhsil proqramına salınması təklif olunub

Sofiya, 13 oktyabr, AZƏRTAC

Bolqarıstan milli radiosunun məlumatına əsasən, Sofiyada müxtəlif hökumət strukturlarının nümayəndələrinin iştirakı ilə orta məktəblərdə təhsil proqramına korrupsiyaya qarşı mübarizə fənninin əlavə edilməsi məsələsi müzakirə edilib.

Bolqarıstanın korrupsiyaya qarşı mübarizə və qanunsuz əldə edilmiş əmlakın müsadirə olunması komissiyasının sədri Plamen Georgiyev bildirib ki, dövlətdə təmsil edilməyin varlanmaq üçün əlverişli imkan olması barədə vətəndaşların düşüncələrində dəyişikliklər edilməlidir. Buna nail olmaq üçün iki nəsil yetişməlidir. Amma ilk nəticələri 10 və ya 20 ilə görmək mümkündür.

Bolqarıstanın təhsil naziri Krasimir Vılçevin qeyd edib ki, korrupsiyaya qarşı mübarizə müstəqil fənn kimi və ya digər fənlərdən birinin tərkibində təhsil proqramına salına bilər.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.