DÜNYA


Bolqarıstanda meşə yanğınları səbəbindən beynəlxalq əhəmiyyətli avtomobil yolu bağlanıb

Sofiya, 12 avqust, AZƏRTAC

Balkanlarda beynəlxalq əhəmiyyətli ən böyük magistral olan Maritsa şosesi Bolqarıstanda baş verən irimiqyaslı meşə yanğınları səbəbindən bağlanıb.

AZƏRTAC xəbər verir ki, rəsmi məlumata görə, Yunanıstan və Türkiyə ilə həmsərhəd olan Xaskovo bölgəsində nəqliyyatın hərəkəti tamamilə dayandırılıb.

Yerli hakimiyyət nümayəndələrinin sözlərinə görə, məhdudiyyətlər bütün yanğınlar tam aradan qaldırılana qədər qüvvədə qalacaq.

Qeyd edək ki, hazırda Bolqarıstanda yanğın ölkədəki bütün yaşıllıqların 24 faizini əhatə edib.

 
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.