DÜNYA


Bolqarıstanda miqrant axını ilə əlaqədar fövqəladə vəziyyət elan olunub

Sofiya, 25 sentyabr, AZƏRTAC

Bolqarıstanın cənub-şərqində qeyri-qanuni miqrant axını ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

AZƏRTAC xəbər verir ki, ilkin məlumatlara görə, bu gündən etibarən yerli sərhəd polisi, jandarma və meşə təsərrüfatının qüvvələri, həmçinin müvafiq rayonda yerləşən ordu hissələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. “Biz sərhədlərimizi qeyri-qanuni mühacirlərdən qorumaq üçün fəal hərəkətlərə keçirik”, - deyə Bolqarıstan Daxili İşlər Nazirliyinin rəhbəri İvan Demerciev bildirib. Rəsmi məlumata görə, Bolqarıstan-Türkiyə və Bolqarıstan-Yunanıstan sərhədlərində ölkənin Burqas, Yambol və Haskovo bölgələrində müvafiq məhdudiyyətlər tətbiq edilib.

Qeyd edək ki, Bolqarıstan hakimiyyəti son iki ay ərzində ölkənin cənub-şərqində ümumilikdə 2,5 mindən çox qeyri-qanuni miqrantın saxlanıldığı barədə məlumat verib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.