DÜNYA


Bolqarıstanda ordu poliqonunda baş verən partlayışlar böyük meşə yanğınına səbəb olub

Sofiya, 18 avqust, AZƏRTAC

Böyük meşə yanğını Bolqarıstanın cənubundakı Stara Zaqora bölgəsindəki Tyulbeto ordusunun poliqonunda döyüş sursatlarının düzgün atılmaması nəticəsində baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə BNR məlumat yayıb.

Mərmilərdən birinin partlaması nəticəsində yanğın sürətlə meşə və yaxınlıqdakı əkin sahələrinə keçib. Hazırda yanğın yaxınlıqdakı bir neçə yaşayış məntəqəsini və şəhərətrafı əraziləri təhlükə altında qoyur.

Onlarla yanğınsöndürmə briqadası və 80 hərbçi yanğını söndürməyə başlayıb.

Bundan başqa, Bolqarıstan Hərbi Hava Qüvvələrinin Mi-17 helikopteri də müvafiq işlərə cəlb olunub.

Hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı araşdırma aparılır.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.