DÜNYA


Bolqarıstanda parlament seçkilərində 20 partiya iştirak edəcək

Sofiya, 17 avqust, AZƏRTAC

Bolqarıstanda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak üçün 20 partiya və 1 koalisiya ərizə verib.

AZƏRTAC Bolqarıstan Mərkəzi Seçki Komissiyasının məlumatına istinadən xəbər verir ki, ümumi səsvermədə iştirak etməyə iddialılar arasında “Belə bir xalq var”, “Bolqar Milli Birliyi”, “Bolqarıstan Sosial Demokratiyası”, “Vozrojdenie” və sair siyasi strukturlar var.

Seçkiqabağı koalisiyaya daxil olan partiyalara “GERB-SDS”, “Demokratik Bolqarıstan”, BSP, “Biz Dəyişiklikləri Davam edirik”, “Qalx Bolqarıstan və Ədalətli Bolqarıstan” daxildir .

Bolqarıstan Xalq Məclisinə (Parlament) seçkilər bu il oktyabrın 2-də keçiriləcək.

 
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.