CƏMİYYƏT


Bolqarıstanda qızılca xəstəliyinə tutulanların sayı 355 nəfərə çatıb

Sofiya, 23 aprel, AZƏRTAC

Bolqarıstanda qızılca xəstəliyinə tutulanların sayı 355 nəfərə çatıb. Səhiyyə nazirliyinin məlumatına əsasən Sofiya rayonunda 148, Blaqoevqradda 120, Sofiya şəhərində 77, Burqas və Pernikada 3, Kyustendildə 2, Veliko-Tırnovo və Plovdivdə 1 nəfər xəstə qeydiyyata alınıb. Xəstəlik əsasən azyaşlılarda daha çox rast gəlinir. Belə ki, 1-4 yaşında olan uşaqlar arasında 130, 5-9 yaşında olan uşaqlarda 83, 10-14 yaşında olanlar arasında 9, 15-19 yaşında olanlarda 12, 20-24 yaşında olanlarda 13, 25-29 yaşında olanlarda 14, 30-34 yaşında olanlarda 5, 35-39 yaşında olanlarda 14, 40-dan yuxarı yaşı olanlarda 10 qızılcaya yoluxma halı qeydə alınıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.