DÜNYA


Bolqarıstanda quş qripinə görə 10 kilometrlik ərazidə karantin tətbiq olunub

Sofiya, 6 oktyabr, AZƏRTAC

Bolqarıstanın Ərzaq Təhlükəsizliyi Agentliyinin məlumatına əsasən, Plovdiv bölgəsindəki Manolsko Konare kəndində yerləşən fermada quş qripi virusunun ocağı aşkar edilib. Buradakı bütün quşlar evtanaziya olunacaq. Fermanın ətrafında 10 kilometrlik ərazidə karantin tətbiq edilib. Bölgədə yumurta və quş əti satışına icazə verilmir.

Bolqarıstanın da üzv olduğu Beynəlxalq Heyvanların Sağlamlığı təşkilatı quruma üzv olan 180 ölkədən fermalarda, bazarlarda, quşların satışı mərkəzlərində biotəhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.