DÜNYA


Bolqarıstanın 14 bölgəsində qrip epidemiyası yayılıb

Sofiya, 24 yanvar, AZƏRTAC

Bolqarıstanın 14 bölgəsində qrip epidemiyası yayılıb.

AZƏRTAC xəbər verir ki, yanvarın 23-dən başlayaraq qrip səbəbindən Perşin, Kırdjalı, Pleven, Rusen, Kustendil, Sliven və Xaskovo bölgələrində məktəblərdə növbədənkənar tətillər başlayıb. Artıq Sofiya və Varna bölgələrində də qrip epidemiyasının yayıldığı elan edilib. Epidemiyanın digər bölgələrə yayılmaması üçün tədbirlər görülür.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.