CƏMİYYƏT
Bolqarıstanın Ayrı-seçkiliyə qarşı müdafiə üzrə Komissiyasının nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 25 oktyabr, AZƏRTAC
Oktyabrın 25-də Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın dəvəti ilə ölkəmizdə səfərdə olan Bolqarıstanın Ayrı-seçkiliyə qarşı müdafiə üzrə Komissiyasının rəhbəri Ana Cumaliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və görkəmli həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.
Nümayəndə heyətinin üzvləri, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb.
Sonda Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.