SİYASƏT


Bolqarıstanın Baş naziri VII Qlobal Bakı Forumunda iştirak edəcək

Bakı, 4 fevral, AZƏRTAC

Bolqarıstanın Baş naziri Boyko Borisov mart ayında Bakıya səfərə gələcək.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş nazir martın 14-16-da keçiriləcək VII Qlobal Bakı Forumunda iştirak edəcək.

Qeyd edək ki, B.Borisov mərkəzin ötən il Nyu-Yorkda keçirilən toplantısında da iştirak edib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Bolqarıstanın siyasi elitasının bir sıra nüfuzlu nümayəndələri ilə yaxşı əlaqələri var. Bolqarıstanın üç sabiq prezidenti – Petar Stoyanov, Georgi Pırvanov və Rosen Plevneliyev Mərkəzin üzvləridir.

Xatırladaq ki, VII Qlobal Bakı Forumunda dünyanın 70-dən çox ölkəsindən 450 qonağın iştirakı gözlənilir. Builki forumun mövzusu “Dünyanın yeni xarici siyasəti” olacaq. Tədbirə bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçılarının qatılması gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.