CƏMİYYƏT


Bolqarıstanın “BioPharm” şirkəti Azərbaycanda baytarlıq dərmanlarının istehsalı üzrə birgə müəssisə yaradacaq

“BioPharm” şirkəti ilə bu sahədə birgə əməkdaşlıq imkanları müzakirə edilib və ilkin razılaşmalar əldə olunub

Bakı, 10 avqust, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Rəşad Fərəcov Bolqarıstanda işgüzar səfərdə olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində R.Fərəcov Bolqarıstanın İqtisadiyyat, Energetika və Kənd Təsərrüfatı nazirliklərinin rəsmiləri və Bolqarıstanın Kənd Təsərrüfatı Akademiyasının direktoru ilə görüşlər keçirib.

Görüş çərçivəsində Azərbaycan və Bolqarıstan hökumətləri arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Birgə Komissiya çərçivəsində görülən işlər, komissiyanın 5-ci iclasının Sofiya şəhərində keçirilməsinə hazırlıq, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, idxal və ixrac imkanlarının genişləndirilməsi, hüquq-müqavilə bazasının təkmilləşdirilməsi, kənd təsərrüfatının müxtəlif sahələri üzrə, xüsusilə təhsil və elm sahəsində əməkdaşlığın gücləndirilməsinə dair geniş müzakirələr aparılıb, qarşılıqlı maraqlara əsaslanan ilkin razılaşmalar əldə olunub.

Səfər çərçivəsində Bolqarıstanın Sliven şəhərində baytarlıq preparatları istehsal olunan müəssisəyə səfər edən Rəşad Fərəcov zavodun hüquqi sahibi “BioPharm” şirkətinin rəhbərliyi və Sliven əyalətinin qubernatoru ilə görüşlər keçirib. Görüş çərçivəsində ikitərəfli əməkdaşlıq istiqamətləri müzakirə olunaraq hər iki ölkənin iş adamları arasında əlaqələrin qurulması, qarşılıqlı maraq doğuran sahələrdə sərmayəyönümlü layihələrin həyata keçirilməsi və Azərbaycanda baytarlıq dərmanlarının istehsalı üzrə birgə müəssisənin yaradılması sahəsində “BioPharm” şirkəti ilə birgə əməkdaşlığın qurulması istiqamətində müzakirələr aparılıb və ilkin razılaşmalar əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.