DÜNYA


Bolqarıstanın Qabrovo şəhərinin sakinləri etiraz aksiyası keçiriblər

Sofiya, 15 aprel, AZƏRTAC

Bolqarıstanın Qabrovo şəhərinin sakinləri etiraz aksiyası keçiriblər.

AZƏRTAC xəbər verir ki, etirazçılar milli azlıqların bolqar qanunlarına riayət etmələrini tələb edən şüarlar səsləndiriblər. Aksiya şəhərin bələdiyyə binasının önündə polisin müşayiəti ilə keçirilib.

Qeyd edək ki, Bolqarıstanda üç qaraçının mağaza satıcısına ağır xəsarət yetirərək hadisə yerindən qaçması kütləvi etiraz aksiyalarına səbəb olub. Cinayətkarlar yaxalanaraq Daxili İşlər Nazirliyinin Veliko-Tırnovo şəhərindəki idarəsinə aparılıblar.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.