DÜNYA
Bolqarıstanın Ruse şəhəri Aqata Kristinin əfsanəvi “Orient Express” qatarını qarşılayıb
Sofiya, 31 avqust, AZƏRTAC
Aqata Kristinin kriminal romanlarında adı çəkilən, Parisdən İstanbula səyahətə çıxan əfsanəvi “Orient Express” qatarı bu gün Bolqarıstanın Ruse şəhərinin dəmir yolu vağzalına çatıb.
Vağzala toplaşan şəhər sakinləri 16 vaqondan ibarət olan qatarın yanında bu anı tarixə köçürərək şəkil çəkdiriblər.
Əsasən Böyük Britaniyadan, Amerikadan və Avstraliyadan olan 82 sərnişin qatarla Erkul Puaronun izi ilə Parisdən İstanbula yola çıxıb. Bir istiqamətdə biletin qiyməti 9000 avrodur. Ruse şəhərindən sonra qatar Bolqarıstanın Varna şəhərinə, oradan isə İstanbula səyahət edəcək.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]