Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

Bolqarıstanın bir sıra KİV-lərində Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunan məqalələr dərc edilib

Sofiya, 10 iyul, AZƏRTAC

Bolqarıstanın bir sıra nüfuzlu KİV-lərində 26 iyun - Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusu haqqında məqalələr dərc olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın bu ölkədəki səfiri Nərgiz Qurbanovanın müəllifi olduğu məqalələr Bolqarıstan Respublikası Müdafiə Nazirliyinin İnformasiya Mərkəzinin internet səhifəsində “Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclüsüdür”, “Bolqarıstan Ordusu” qəzetində “Bu gün Azərbaycanın Ordusu bayramını qeyd edir” və “Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclüsüdür”, nüfuzlu “Fokus” xəbər agentliyinin internet səhifəsində “Azərbaycanın səfiri Nərgiz Qurbanova: Azərbaycanda müstəqil dövlət quruculuğunun ən vacib uğurlarından biri Silahlı Qüvvələrin yaradılmasıdır” sərlövhələri ilə dərc edilib. Bundan başqa, səfir Nərgiz Qurbanovanın “Focus” Xəbər Agentliyinin və “Focus” radiosunun rəsmi internet səhifəsində yazılı və audio formatlarda yayımlanan müsahibəsində də Azərbaycanda Ordusunun şərəfli tarixinə və hərbi potensialına xüsusi yer verilib.

Məqalələrdə Azərbaycanda müstəqil dövlət quruculuğunun ən mühüm nailiyyətlərindən biri olaraq Silahlı Qüvvələrin yaradılması göstərilir. Qeyd edilib ki, bu gün gücü və qüdrəti ilə seçilən, qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirmək imkanına malik olan Azərbaycan Respublikasının Silahlı Qüvvələri dövlət müstəqilliyinin bərpasından öncə və sonra çətin sınaqlardan keçib, sözün həqiqi mənasında mətinləşib. Yazılarda hərb tariximizin şanlı keçmişinə nəzər salınıb, görkəmli sərkərdələr və onların qəhrəmanlıqları qürur hissi ilə xatırlanıb. Bildirilib ki, milli ordumuzun yaradılması tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun (Əlahiddə Azərbaycan Korpusu) yaradılmasına başlanılıb. Avqustun 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyi təsis olunub. Milli ordunun yaradılmasında Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski, İbrahim ağa Usubov, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov və başqa peşəkar hərbçilər müstəsna rol oynayıb, Cümhuriyyətin müdafiəsinin təşkilində, hərbi strukturların formalaşmasında misilsiz fədakarlıqlar göstəriblər. Həmçinin Böyük Vətən müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə azərbaycanlıların göstərdiyi qəhrəmanlıqlardan bəhs olunur.

Müəllif istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Azərbaycanda hərbi təhsilə xüsusi əhəmiyyətin verilməsində, soydaşlarımızın yeniyetmə yaşlarından hərb sənətini öyrənməyə başlamasında Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin müstəsna xidmətini qeyd edir. Ümummilli liderin dövlət quruculuğu, o cümlədən hərbi quruculuq istiqamətində təxirəsalınmaz tədbirləri sadalanır. Bu gün Azərbaycan Ordusunda xidmət edən zabitlərin əksəriyyətinin məhz dahi siyasi xadimin qayğısı sayəsində Türkiyə, Rusiya, Ukrayna, Pakistan, Çin, İtaliya, Rumıniya və digər ölkələrin akademiyalarında təhsil aldıqları qeyd olunub. Sonra isə Ulu Öndərin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla Əlahiddə Azərbaycan Korpusunun yarandığı günün – iyunun 26-sının Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunduğu diqqətə çatdırılır.

Məqalələrdə qeyd olunub ki, Azərbaycan Ordusunun müasir standartlar əsasında yenilənməsi və təkmilləşdirilməsi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Hazırda, öz təşkilat strukturuna, təlim imkanlarına, hərbi təchizatına və s. xüsusiyyətlərinə görə yüksək standartlara cavab verən Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusuna çevrilərək döyüş hazırlığına görə MDB məkanında ön sıralarda qərarlaşıb. Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi, hərbi təhsil, hərbi-siyasi və hərbi-texniki sahələrdə xarici dövlətlərin hərbi qurumları və beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli formatda kompleks fəaliyyət həyata keçirir. Azərbaycan Ordusunun şəxsi heyəti regional və beynəlxalq səviyyədə keçirilən müxtəlif təyinatlı taktiki və kompüter dəstəkli hərbi təlimlərdə iştirak edir.

Məqalədə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin region və region xaricində təhlükəsizliyin təmin olunması, beynəlxalq strateji əhəmiyyətli layihələrin mühafizəsi və beynəlxalq təhlükəsizliyə töhfəsinə dair geniş məlumat verilir. Qeyd olunub ki, 1992-ci ilin martından etibarən müxtəlif proqramlar çərçivəsində NATO ilə əməkdaşlıq əlaqələrini inkişaf etdirən Azərbaycan 1999-cu ildən etibarən öz hərbi qüvvələri ilə sülhməramlı əməliyyatlara dəstək verir. 1999-cu ilin sentyabrından 2008-ci ilin mart ayınadək Azərbaycan Ordusunun sülhməramlı taqımı NATO-nun rəhbərliyi altında Kosovoda sülhyaratma və sülhü dəstəkləmə əməliyyatlarda iştirak edib. 2002-ci ildən Azərbaycan Ordusunun taqımı Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı bölüyü 2003-2008-ci illərdə İraqda Beynəlxalq Koalisiya Qüvvələri tərkibində fəaliyyət göstərib. 2015-ci ilin yanvarından NATO-nun Əfqanıstanda keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasında Silahlı Qüvvələrin kontingenti rotasiya planına uyğun olaraq xidmət edir. Ümumiyyətlə, 1999-cu ildən müxtəlif regionlarda keçirilən sülhməramlı əməliyyatlarda Azərbaycan Ordusunun 3 mindən artıq hərbi qulluqçusu iştirak edib.

İkitərəfli hərbi əməkdaşlıq üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə xarici dövlətlərin silahlı qüvvə və hərbi sənaye kompleksləri arasında əməkdaşlığa toxunan müəllif Bolqarıstan da daxil olmaqla, Azərbaycan dünyanın 40-a yaxın ölkəsi ilə hərbi əməkdaşlıq həyata keçirdiyini qeyd edib. Bildirilib ki, 2017-ci ildə Bolqarıstanın G.S.Rakovski adına Hərbi Akademiyasının rəisi general-mayor Qrudi Angelovun və 2018-ci ildə Bolqarıstan Respublikası Baş Nazirinin müavini, Müdafiə naziri Krasimir Karakaçanovun Azərbaycana səfəri, eyni zamanda, 2019-cu ildə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovun Bolqarıstana səfəri və baş tutmuş yüksək səviyyəli görüşlər qarşılıqlı hərbi əməkdaşlığımızın ən bariz nümunəsidir. Hərbi əməkdaşlığımızın hüquqi əsasını 2002-ci il sentyabrın 25-də Sofiyada imzalanmış “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Bolqarıstan Respublikası Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təşkil edir. Bundan başqa, 2017-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası ilə Bolqarıstanın G.S.Rakovski adına Hərbi Akademiyası arasında elmi tədqiqatlar, təcrübə mübadiləsi, müştərək tədbirlərin keçirilməsi, tədris və qarşılıqlı maraq doğuran digər məsələlərə dair əməkdaşlıq sənədi imzalanıb.

Səfir qeyd edir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin potensialı və müdafiə qüdrətinin artması beynəlxalq reytinq agentliklərinin də diqqətindən yayınmayıb. ABŞ-ın müstəqil “Qlobal Firepower” təşkilatının 2020-ci il hesabatına görə 138 ordu arasında Azərbaycan Silahlı Qüvvələri 64-cü yerdə qərarlaşmış və regionun lideri olaraq seçilib. Məqalədə, həmçinin qeyd olunub ki, Ermənistanın işğalçılıq siyasəti Azərbaycanı daim güclü və istənilən hücuma çevik cavab verəcək ordu yaratmağa məcbur edir. Regionda sülhün tərəfdarı olan Azərbaycan heç vaxt beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı ilə barışmayacaq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür. BMT Nizamnaməsinin 7-ci fəslinin 51-ci maddəsinə əsasən hər bir dövlət özünün ərazi bütövlüyünü müdafiə etmək üçün hərbi yoldan istifadə edə bilər və Azərbaycan dövləti bu hüququ özündə saxlayır.

Sonda xatırladılıb ki, cari il sentyabrın 8-10-da Azərbaycan 4-cü Beynəlxalq “ADEX” hərbi sərgisinə ev sahibliyi edəcək. “ADEX” sərgisi regionda müdafiə sənayesi və daxili təhlükəsizliyə həsr olunmuş ən nəhəng tədbirdir və iştirakçılara həm Azərbaycanın hərbi rəhbərliyi, həm də qlobal hərbi-müdafiə ictimaiyyəti ilə görüşlər keçirmək üçün unikal imkan yaradır. Məqalədə “ADEX” sərgisində iştiraka dəvət qeyd olunaraq qarşılıqlı faydalı hərbi əlaqələrin daha da gücləndirilməsinə çağırış edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana yardım paketini təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb