İQTİSADİYYAT


Bolqarıstanın nüfuzlu şəbəkəsi: Azərbaycan regional geopolitikanı müəyyənləşdirir

Bakı, 24 noyabr, AZƏRTAC

Bolqarıstanın nüfuzlu onlayn şəbəkəsi “Cross.bg” “Azərbaycan regional geopolitikanı müəyyənləşdirir” (Азербайджан преобразява регионалната геополитика) mövzusunda bolqar dilində analitik məqalə dərc edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, məqalənin müəllifi, mərkəzin icraçı direktoru Vüsal Qasımlı yazıb ki, Azərbaycan BMT qətnamələrinə uyğun öz ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda yeni geosiyasi reallıq formalaşdırıb.

Azərbaycan “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin üzərində yerləşməklə regionda davamlı inkişafa töhfə verir. Bir tərəfdən “yumşaq güc”, digər tərəfdən isə siyasi, iqtisadi və hərbi üstünlüyü Azərbaycanı regionun aparıcı qüvvəsinə çevirib. Ermənistanın 30 illik işğal siyasətinə son qoyulmaqla regionda yeni layihələrin, o cümlədən Naxçıvan üzərindən Aralıq dənizi və Xəzər dənizi hövzələrini birləşdirən “həyat yolu”nun reallaşdırılması yeni inkişaf perspektivləri vəd edir.

V.Qasımlı məqalədə qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan strateji yol xəritələrini və çevik idarəetməni uğurla reallaşdırıb. Prezident İlham Əliyevin 2020-ci ildə “Biz birlikdə güclüyük!” və “Qarabağ Azərbaycandır!” çağırışları cəmiyyətin bütün təbəqələrini vahid amal ətrafında birləşdirərək müzəffər qələbəyə aparıb.

Cross.bg” şəbəkəsində “Azərbaycan regional geopolitikanı müəyyənləşdirir” mövzusunda məqalə ilə bu linkdən tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.