İQTİSADİYYAT


Bolqarıstanla Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib

Bakı, 6 may, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov paytaxt Sofiya şəhərində Bolqarıstanın Baş naziri Kiril Petkov ilə görüşüb.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlər müzakirə edilib.

Pərviz Şahbazov regional və qlobal enerji təchizatının təmin olunmasında Cənub Qaz Dəhlizi kimi iri infrastruktur layihələrin əhəmiyyətinə diqqət çəkərək, ölkəmizin bundan sonra da bu istiqamətdə səylərini davam etdirməyə hazır olduğunu bildirib. Cənub Qaz Dəhlizinin genişləndirilməsi üçün atılan zəruri addımlar haqqında danışan nazir, Azərbaycan təbii qazının növbəti onilliklərdə diversifikasiya və enerji keçidi prosesinə verəcəyi töhfələri qeyd edib.

Baş nazir Kiril Petkov isə Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan və TAP boru kəmərinə qoşulacaq Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) layihəsinin icrası barədə danışaraq, boru kəmərinin kommersiya istismarına hazır olması üçün lazımi addımların atıldığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.