ELM VƏ TƏHSİL


Bolqarıstanlı rektor Bakı Dövlət Universiteti ilə əməkdaşlıqda maraqlıdır

Bakı, 18 oktyabr, AZƏRTAC

Sofiya Mədən və Geologiya “St. İvan Rilski” Universitetinin rektoru, Bolqarıstan universitetlərinin rektorları şurasının sədri, professor Lyuben Totevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetinin (BDU) geologiya fakültəsində olub.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, geologiya fakültəsinin dekanı, dosent Məhluqə Məmmədova görüşün əməkdaşlıq əlaqələrinin qurulmasına təkan verəcəyini vurğulayıb. O, fakültənin beynəlxalq əlaqələri, burada aparılan elmi tədqiqatlar barədə məlumat verib.

Professor Lyuben Totev universitetlərarası əlaqələrin inkişafında maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüşdə bakalavriat və magistratura səviyyələrində ikili diplom proqramının təşkili, tələbə və müəllim mübadiləsi, birgə elmi əməkdaşlıq və s. məsələlər müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.