İDMAN


Booking.com: Bakı “Avro-2020”nin populyar şəhərlərinin sıralamasında ilk beşlikdə yer alıb

Bakı, 13 fevral, AZƏRTAC

Məşhur booking.com saytı futbol üzrə Avropa çempionatının oyunlarına ev sahibliyi edəcək populyar şəhərlərin siyahısını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, turnirin dörd oyununa ev sahibliyi edəcək Bakı ilk beşlikdə qərarlaşıb. Sankt-Peterburqun birinci olduğu siyahıda sonrakı yerlərdə Roma, Kopenhagen, Bakı və Dublin şəhərləri yer alıblar.

Sayt çempionatın maraqlı üç oyununu da açıqlayıb. Belə ki, iyunun 13-də Danimarka və Finlandiya yığmaları arasında Kopenhagendə keçiriləcək matç ilk pillədə qərarlaşıb. İkinci yerdə isə iyunun 13-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq Uels-İsveçrə qarşılaşması yer alıb. İlk üçlüyü iyunun 17-də Sankt-Peterburqda baş tutacaq Rusiya-Finlandiya matçı tamamlayıb.

İngiltərə, Finlandiya və İsveç azarkeşləri “Avro-2020”nin oyunlarının keçiriləcəyi şəhərlərdə ən çox otel sifariş edənlər sıyahısında ilk üçlükdə yer alıblar.

Xatırladaq ki, futbol üzrə Avropa çempionatının 60 illik yubileyi münasibətilə qitə birinciliyinin oyunları 12 şəhərdə - Sankt-Peterburq, London, Münhen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçiriləcək. A qrupu çərçivəsində Uels-İsveçrə (13 iyun), Türkiyə-Uels (17 iyun), İsveçrə-Türkiyə (21 iyun) qarşılaşmaları, eləcə də dörddəbir final mərhələsinin bir görüşü (4 iyul) Bakı Olimpiya Stadionunda oynanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.