“BootSTART” proqramı üzrə 6 startap komandası finala vəsiqə qazanıb
AzerTAg.az
Bakı, 26 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti(UNEC) Startap İnkubatorunun təşkil etdiyi “BootSTART” proqramının “Pitch day” mövzusunda təqdimatı keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirin açılışında rəqəmsallaşma üzrə prorektor Raqif Qasımov və Startap İnkubatorun rəhbəri Mübariz Şahbazlı təqdim olunan startaplar barədə məlumat veriblər, komandalara uğurlar arzulayıblar.
Sonra 6 həftəlik intensiv proqramda iştirak etmiş 15 komanda öz startap ideyaları ilə çıxış edib. İştirakçıların maraqla dinlədikləri təqdimatlardan sonra startapların dəyərləndirilməsi keçirilib.
Münsiflər heyətinin dəyərləndirməsinə əsasən, 6 komanda -“Eddy”, “Taky”, “Probiont”, “HIRPO”, “4You”, “FeedHub” finala vəsiqə qazanıb.
Müsabiqənin final mərhələsinin may ayında keçirilməsi nəzərdə tutulub.





Xəbərin mətnində orfoqrafik səhv var