SİYASƏT


Boqotada Kolumbiya KİV nümayəndələrinə Azərbaycan haqqında geniş məlumat verilib

Vaşinqton, 10 dekabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Boqotadakı səfirliyi Kolumbiyanın “ColPrensa”, “Caracol”, “El Tiempo”, “Diariolaeconomia”, “La semana” və digər nüfuzlu kütləvi informasiya vasitələrinin təmsilçiləri, eyni zamanda, radio və televiziya aparıcıları ilə görüş keçirib.

Görüşdə müvəqqəti işlər vəkili Həmid Zeynalov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi barədə, həmçinin ölkəmizin mədəniyyəti, tarixi, adət-ənənələri, turizm sahəsində əldə etdiyi nailiyyətlər və mövcud turizm marşrutları haqqında ətraflı məlumat verib. Tədbirdə Azərbaycanın mədəni turizm potensialını və mətbəxini əks etdirən broşürlər iştirakçılara paylanılıb.

Sonra nümayiş olunan “Hidden Cities Revealed: Baku” və “Objetivo Baku” sənədli filmlər böyük maraqla izlənilib. Televiziya təmsilçiləri ölkəmiz barədə sənədli film hazırlamaq arzusunda olduqlarını bildiriblər. Daha sonra iştirakçılar milli mətbəximizin ləziz nümunələri ilə tanış olublar.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.