MƏDƏNİYYƏT


“Boraltan - azadlığın tələsi” tarixi romanı çapdan çıxıb

Bakı, 28 sentyabr, AZƏRTAC

Əməkdar jurnalist, yazıçı Yunis Orucovun “Boraltan - azadlığın tələsi” tarixi romanı İkinci Dünya müharibəsi illərində qırmızı terrordan qaçaraq qardaş Türkiyəyə sığınan, lakin 1945-ci ildə Stalinin tələbi ilə CHP (Cümhuriyyət Xalq Partiyası) hökumətinin zorla SSRİ-yə təhvil verdiyi soydaşlarımızın məşəqqətli və nakam taleyinə həsr olunub.

AZƏRTAC xəbər verir ki, tarixi faktlar əsasında yazılan roman son 100 ildə Türkiyə tarixində baş vermiş hadisələr fonunda işlənib, sovet əsgərlərinin elə sərhəddəcə güllələdiyi 146 azərbaycanlının keçdiyi çətin və iztirablı yola işıq tutub. Qeyd edək ki, bu, yazıçının tarixi janrda yazdığı ikinci romanıdır. Ötən il müəllifin böyük oxucu rəğbəti qazanan “Nargin – saralmış kədər” romanı işıq üzü görmüşdü.

Hər iki roman MİMTA yayınlarının dəstəyi ilə çap olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.