İQTİSADİYYAT


Borc öhdəliyi üzrə faizlərin gəlirdən çıxılması necə tənzimlənir?

Bakı, 11 avqust, AZƏRTAC

Müəssisə illik 15 faizlə 3 il müddətinə 100 min manat məbləğində kredit götürüb. Bu halda faiz məbləği cari ildə xərc kimi tanınır, yoxsa hər il bitdikdə həmin ilə düşən faiz məbləği xərc kimi tanınır?

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, alınmış borclar hüquqi şəxsin sahibkarlıq fəaliyyəti ilə bağlı olduğu halda, həmin borclar üzrə ödənilən faizlər hüquqi şəxsin gəlirdən çıxılan xərclərinə aid edilir. Bu zaman borc öhdəliyi üzrə faizlərin gəlirdən çıxılması Vergi Məcəlləsinin 133-cü və 136-cı maddələri ilə tənzimlənir.

Vergi Məcəlləsinin 133.4-cü maddəsinə uyğun olaraq borc öhdəlikləri üzrə faizlər ödənilərkən və ya əmlakın icarəyə götürülməsi müqabilində ödəmə həyata keçirilərkən, əgər borc öhdəliyinin və ya icarə müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, hesabat ilində gəlirdən çıxılmalı olan və faktiki ödənilən faizlərin (icarə haqqının) məbləği həmin il üçün hesablanan faizlərin (icarə haqqının) məbləği deməkdir.

Vergi Məcəlləsinin 136.3-cü maddəsinə görə borc öhdəliyi üzrə faizlər və ya əmlakın icarə haqqı ödənilərkən borc öhdəliyi və ya icarə müqaviləsi üzrə ödənişin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, xərc həmin hesabat dövrləri üzrə onun hesablanma qaydasına müvafiq surətdə bölüşdürülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.