DÜNYA


Boris Conson Avropa İttifaqına Brexit sazişini dəyişməyi təklif edir

Bakı, 20 avqust, AZƏRTAC

Böyük Britaniyanın Baş Naziri Boris Conson Avropa İttifaqına Brexit barədə sazişin şərtlərini dəyişməyi təklif edib.

AZƏRTAC Britaniya mətbuatına istinadla xəbər verir ki, bu barədə Boris Consonun Avropa İttifaqı Şurasının sədri Donald Tuska məktubunda deyilir.

“Birləşmiş Krallığın Avropa İttifaqının tərkibindən çıxma vaxtı - 31 oktyabr sürətlə yaxınlaşır. Ümid edirəm ki, biz yolumuza sazişlə davam edəcəyik. Siz şəxsən bu hökumətin sazişə nail olmaq üçün daha çox enerji sərf edəcəyi və qətiyyətlə çalışacağı ilə razısınız. Bu, bizim əsas prioritetimizdir”, - Conson məktubunda belə yazıb.

Böyük Britaniyanın Baş Naziri, ilk növbədə, “bekstop” – Brexit prosesindən sonra, keçid dövründə Şimali İrlandiya və İrlandiya arasında fiziki sərhədin qaytarılmasının qarşısının alınmasını və Şimali İrlandiyanın Avropa İttifaqı ilə vahid bazar və gömrük ittifaqında qalmasını nəzərdə tutulan mexanizmi ləğv etməyə çağırıb. Consonun iddiasına görə, məhz bu mexanizmlə bağlı problemlər səbəbindən Britaniya parlamentinin İcmalar palatası Brexit sazişini üç dəfə rədd edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.