DÜNYA


Boris Conson: Böyük Britaniya Avropa İttifaqından 2020-ci il yanvarın 31-də çıxacaq

Bakı, 13 dekabr, AZƏRTAC

Birləşmiş Krallıq 2020-ci il yanvarın 31-nə qədər Brexit prosesini həyata keçirərək Avropa İttifaqını tərk edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş Naziri Boris Conson Londonda seçiciləri qarşısında çıxış edərkən deyib.

“Biz Brexit prosesini vaxtında, yanvarın 31-dək həyata keçirəcəyik. Artıq “amma”, “əgər”, “ola bilər” kimi şərtlərə yer yoxdur. Qanunlarımız, sərhədlərimiz, maliyyəmiz, ticarətimiz və miqrasiya sistemimiz üzərində nəzarəti özümüzə qaytaracağıq”, - deyə Boris Conson çıxışı zamanı bildirib. Hökumət başçısı, həmçinin dekabrın 12-də ölkədə keçirilən parlament seçkilərinin nəticələrinin Brexit üzrə təkrar referendum təhlükəsini aradan qaldırdığını vurğulayıb.

Hazırda Böyük Britaniyada keçirilən parlament seçkilərindən sonra iki məntəqə istisna olmaqla, səslərin hesablanması başa çatıb. Mühafizəkarlar Britaniya parlamentinin 650 yerlik İcmalar palatasında 363 mandat əldə edib. Leyboristlər isə böyük məğlubiyyətlə üzləşib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.