DÜNYA


Boris Conson: Brexit bütün hallarda oktyabrın 31-də baş tutacaq

Bakı, 24 may, AZƏRTAC

Böyük Britaniya bütün hallarda oktyabrın 31-də Avropa İttifaqını tərk edəcək.

AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, bu barədə Britaniyanın hakim Mühafizəkar partiyasının yeni lideri və ölkənin baş naziri postları uğrunda qarşıdakı mübarizənin favoriti sayılan Birləşmiş Krallığın sabiq xarici işlər naziri Boris Conson deyib.

“Biz oktyabrın 31-də istər sazişlə, istərsə də sazişsiz Avropa İttifaqını tərk edəcəyik”, - deyə Conson bildirib. Onun sözlərinə görə, əlverişli sazişə nail olmağın yolu sazişsiz Brexit prosesinə hazırlıq görməkdir.

Xatırladaq ki, bir qədər əvvəl Böyük Britaniyanın hazırkı Baş naziri Tereza Mey iyunun 7-də mühafizəkarlar partiyasının lideri postunu tərk edəcəyini bildirib. Bununla yanaşı o, torinin yeni lideri seçilənədək baş nazir səlahiyyətlərini icra edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.