DÜNYA


Boris Conson: Hindistan variantı normallaşma prosesinə mənfi təsir göstərə bilər

London, 16 may, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Boris Conson Hindistan variantının normallaşma prosesinə mənfi təsir göstərəcəyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, baş həkim, professor Kris Vitti ilə mətbuat konfransı keçirən Conson, sözügedən variantın 21 iyun tarixində normallaşma müddətinin dördüncü və son mərhələsinə keçməyi çətinləşdirə biləcəyini bildirib.

Dördüncü mərhələyə keçməyin mümkün olmadığını vurğulayan Conson, fasilə və ya gecikmə ola biləcəyini söyləyib.

Krallıqda koronavirusa görə tətbiq olunan karantin rejimi 4 mərhələli plana əsasən sona çatır. 1-ci mərhələ 8 martdan etibarən başlayıb və təhsil müəssisələrində dərslər başlayıb. 2-ci mərhələ aprel ayının 12-dən başlayıb və bütün ticarət mərkəzləri, mağazalar fəaliyyətə başlayıb. 3-cü mərhələ may ayının 17-dən başlayacaq və restoran, kafe, klub, kinoteatr və otellərin fəaliyyəti bərpa olunacaq. 4-cü mərhələ isə iyunun 21-dən tətbiq olunacaq və bu tarixdən etibarən 30 nəfərin görüşməsinə icazə veriləcək və virusa görə tətbiq olunan bütün yasaqlar aradan qaldırılacaq.

Qeyd edək ki, Xalq Sağlamlıq Mərkəzi keçən həftə aşkarlanan Hindistan variantına yoluxanların sayının artaraq 313 minə çatdığını elan etmişdi.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.