DÜNYA


Boris Conson yenidən özünü təcrid edib

London, 16 noyabr, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Boris Conson koronavirus testi müsbət olan millət vəkili ilə görüşdükdən sonra özünü təcrid edib.

Baş nazir cümə axşamı günü millət vəkili Li Anderson ilə təxminən 35 dəqiqə vaxt keçirib. Daha sonra millət vəkilinin koronavirus testi müsbət nəticələnib.

Conson öz “Tvitter” hesabından açıqlama verərək bildirib ki, onda koronavirusun əlamətləri yoxdur, lakin qaydalara riayət edərək özünü təcrid edib.

Nazirlər Kabinetindən edilən açıqlamada da Baş nazirin səhhətinin yaxşı olduğu və virusun əlamətlərinin olmadığı açıqlanıb.

Qeyd edək ki, Boris Conson martın 27-də koronavirusa yoluxsa da, müalicə alaraq sağalmışdı.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.