DÜNYA


Boris Consonun istefa barədə bəyanatla çıxış edəcəyi gözlənilir

Bakı, 7 iyul, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Boris Conson yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə 15:00) istefası barədə bəyanatla çıxış edə bilər.

AZƏRTAC xəbər verir ki, Sky News telekanalının müxbiri bunu canlı yayımda deyib. “Biz Birləşmiş Krallığın hökumət başçısının günorta saatlarında bəyanatla çıxış edəcəyini gözləyirik”, - deyə xanım jurnalist bildirib.

Ənənəvi olaraq, Böyük Britaniyanın Baş naziri Londonun mərkəzindəki Downing Street küçəsində yerləşən iqamətgahı qarşısında çıxış edəcək.

Xatırladaq ki, dünən Conson kabinetinin bir qrup üzvü ona müraciət edərək yenidən etimadsızlıq votumunu gözləmədən könüllü istefa verməyə çağırmışdı. Baş nazir isə buna rədd cavabı vermişdi.

Bu gün səhər Britaniya hökumətində yeni istefalar baş verib və son iki sutkada Baş nazirin komandasını tərk edən siyasətçilərin sayı 60-a yaxınlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.