CƏMİYYƏT


Borislav Bereza: Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi kimi qurumunun Ukraynada da yaradılması çox faydalı olardı

Bakı, 16 aprel, AZƏRTAC

Azərbaycanda fəaliyyət göstərən Diasporla İş üzrə Dövlət Komitəsi kimi bir qurumun Ukraynada da yaradılması çox faydalı olardı.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bu fikri Ukrayna-Azərbaycan Parlamentlərarası Əlaqələr Şurasının üzvü Borislav Bereza Ukrayna Azərbaycanlıları Radasının təsis qurultayında iştirakından danışarkən deyib.

O bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycanın diaspor təşkilatlarının təkcə qarşılıqlı əlaqəsinin qurulması ilə məşğul deyil, həm də birləşməni təmin edir. Eyni zamanda, faktiki olaraq bütün dünyaya yayılmış diasporların əsasında Azərbaycan üçün qlobal dəstəyi yaradır. Ukraynaya da buna bənzər bir təsir rıçaqı lazımdır. Ukraynalıların da dünyaya səpələndiyi əslində heç kimə sirr deyil. Ona görə də belə bir rəsmi strukturun Ukraynada da fəaliyyətə başlaması lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.