İDMAN


“Borussiya Dortmund”un norveçli hücumçusu Erlinq Haaland UEFA Çempionlar Liqasının tarixində rekord edib

Bakı, 18 fevral, AZƏRTAC

Ötən gün UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsi çərçivəsində keçirilən “Sevilya” - “Borussiya Dortmund” qarşılaşması Almaniya təmsilçisinin hücumçusu Erlinq Haaland üçün əlamətdar olub.

AZƏRTAC xəbər verir ki, norveçli futbolçu “Sevilya”nın qapısına iki dəfə yol tapmaqla Çempionlar Liqasında vurduğu qolların sayını 17-yə çatdırıb. Beləliklə, Erlinq Haaland 13 görüşdə 17 qol vurmağı bacaran ilk futbolçu kimi qitənin ən nüfuzlu klub turnirinin tarixinə düşüb.

Xatırladaq ki, “Borussiya Dortmund”un səfərdə 3:2 hesabı ilə qalib gəldiyi oyunda norveçli hücumçu 27-ci və 43-cü dəqiqələrdə fərqlənib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.