İDMAN


“Borussiya Drotmund”un yarımmüdafiəçisi klubun tarixinə düşüb

Bakı, 15 sentyabr, AZƏRTAC

Almaniyanın “Borussiya Dortmund” futbol klubunun yarımmüdafiəçisi Jud Bellinqem komandası üçün yeni rekord müəyyənləşdirib.

AZƏRTAC Almaniya mətbuatına istinadla xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi buna Almaniya kubokunun otuzikidəbir final mərhələsində “Duysburq”la matçda (5:0) nail olub. 17 yaş 77 günlüyündə olan futbolçu görüşün 30-cu dəqiqəsində fərqlənməklə klub tarixinə qol vuran ən gənc oyunçusu kimi düşüb.

Bunadək rekord Nuri Şahinə məxsus idi. Türk oyunçu 2005-2006-cı il mövsümündə 17 yaş 82 günlüyündə fərqlənib.

Qeyd edək ki, 17 yaşadək futbolçulardan ibarət İngiltərə millisinin də üzvü olan Jud Bellinqem ötən mövsüm “Birminqem Siti”nin heyətində də qol vuran ən gənc futbolçu olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.