İDMAN
“Borussiya” klubunun yeni baş məşqçisi müəyyənləşib
Bakı, 22 dekabr, AZƏRTAC
Almaniyanın “Borussiya” (Mönhenqladbax) klubunun yeni baş məşqçisi müəyyənləşib.
AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, “Volfsburq” komandasının sabiq çalışdırıcısı Diter Xekkinq Mönhenqladbax təmsilçisinin sükanı arxasına gətirilib. O, bu postda ötən gün istefaya göndərilən Andre Şuberti əvəzləyib.
“Borussiya”nın idman direktoru Maks Eberl yeni təyinatla bağlı fikrini bölüşərkən deyib: Biz inanırıq ki, Xekkinq düzgün seçimdır. Onun müxtəlif komandalarla yüksək səviyyədə iş bacarığı var. Bu baxımdan Xekkinq bizə uyğun baş məşqçidir”.
Məlumat üçün qeyd edək ki, almaniyalı mütəxəssis bundan əvvəl çalışdırdığı “Volfsburq” ilə UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinədək irəliləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]