İDMAN


“Bosco” Tokio və Pekin olimpiadalarında BOK əməkdaşlarını geyimlə təchiz etməyəcək

Bakı, 16 sentyabr, AZƏRTAC

“Bosco” şirkəti gələn il Tokioda Yay Olimpiya Oyunları və 2022-ci ildə Pekində Qış Olimpiya Oyunları zamanı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) əməkdaşlarını geyimlə təchiz etməyəcək. Bu barədə məlumatı BOK-un mətbuat xidməti yayıb.

AZƏRTAC xəbər verir ki, BOK-un yeni təchizatçısı Çinin HYX şirkəti olacaq. Bu barədə məlumat sentyabrın 16-da Pekində BOK-un başçısı Tomas Baxın HYX-in prezidenti Lyu Juytsi ilə görüşündə açıqlanıb.

Tomas Bax deyib: “Biz HYX ilə işləməyə şadıq, Tokio və Pekin oyunları zamanı formamızı qürurla daşımaq imkanını səbirsizliklə gözləyirik. Mən tərəflər arasında sazişin əldə edilməsinə töhfəsinə görə BOK-un vitse-prezidenti Yuy Tsaytsinə xüsusi təşəkkürümü bildirmək istərdim”.

2018-ci ilin fevralında bildirilib ki, “Bosco”nun BOK-la müqaviləsi Pekin Olimpiadasının sonuna qədər nəzərdə tutulub.

“Bosco” şirkəti 2016-cı ildə BOK-un üzvlərinə və əməkdaşlarına rəsmi geyimin tikilməsi üçün BOK-la müqavilə imzalayıb. Bundan əvvəl BOK Amerikanın “Nike” şirkəti ilə əməkdaşlıq edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.