DÜNYA


Bosniya və Herseqovina Nazirlər Şurası Türkiyəyə maliyyə yardımının ayrılmasını təsdiqləyib

Bosniya və Herseqovina Nazirlər Şurası Türkiyəyə maliyyə yardımının ayrılmasını təsdiqləyib

Sarayevo, 8 fevral, AZƏRTAC

Bosniya və Herseqovina Nazirlər Şurası zəlzələlərdən zərər çəkənlərə yardım məqsədilə Türkiyəyə təxminən 10 milyon türk lirəsi məbləğində vəsaitin ayrılması təklifini qəbul edib.

AZƏRTAC xəbər verir ki, şuranın növbədənkənar iclasında sözügedən maliyyə yardımının zəlzələnin fəsadlarının aradan qaldırılması üçün Türkiyəyə göndəriləcəyi bildirilib.

Həmçinin Bosniya və Herseqovinanın axtarış-xilasetmə işlərinə dəstək olmaq üçün bu vaxtadək zəlzələ bölgələrinə 129 nəfərlik heyət göndərdiyi də qeyd olunub.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.