DÜNYA
Bosniya və Herseqovina Pakistan əsilli miqrantları ölkələrinə geri göndərməyə başlayıb
Sarayevo, 2 avqust, AZƏRTAC
Bosniya və Herseqovina Pakistandan olan qeyri-qanuni mühacirləri geri göndərməyə başlayıb.
AZƏRTAC xəbər verir ki, 2020-ci ilin noyabrında iki ölkə arasında imzalanmış müqavilə çərçivəsində Bosniya və Herseqovinaya qeyri-qanuni yollarla gələn Pakistan vətəndaşlarının ilk qrupu ölkədən göndərilib. Bosniya və Herseqovina Müdafiə Nazirliyi Pakistandan olan immiqrantların qrup halında ölkələrinə göndərilməsinin davam etdiriləcəyini açıqlayıb.
Nazirliyin məlumatına görə, bu ilin yanvar-aprel aylarını əhatə edən dövrdə Bosniya və Herseqovinada ümumilikdə 3865 qaçqın qeydiyyata alınıb. Onların 76 faizi Pakistan, Əfqanıstan və Banqladeşdən gəlib.
Bosniya və Herseqovina Sərhəd Polisi isə ilin ilk 4 ayında ümumilikdə 1433 nəfərin Bosniya və Herseqovina ərazisinə qeyri-qanuni yollarla daxil olmağa cəhd etdiyini açıqlayıb. Ötən ilin eyni dövrü ilə müqayisədə miqrantların sayında 32 faiz azalma müşahidə olunub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]