DÜNYA


Bosniya və Herseqovina Türkiyəyə axtarış-xilasetmə qrupu göndərib

Bosniya və Herseqovina Türkiyəyə axtarış-xilasetmə qrupu göndərib

Sarayevo, 7 fevral, AZƏRTAC

Zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Bosniya və Herseqovinadan xüsusi axtarış-xilasetmə briqadası Türkiyəyə yola düşüb.

AZƏRTAC xəbər verir ki, 17 nəfərlik axtarış-xilasetmə qrupu, eləcə də xüsusi təlim keçmiş və qoxuya həssas xilasetmə itlər Türkiyəyə göndərilib.

Bundan başqa, Bosniya və Herseqovinada fəaliyyət göstərən xeyriyyə təşkilatları tərəfindən zəlzələ ilə əlaqədar Türkiyə və Suriya üçün yardım kampaniyasına başlanılıb. May ayının 6-dək davam edəcək kampaniya çərçivəsində bu vaxtadək təxminən 250 min avro məbləğində vəsait toplanıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.