SİYASƏT


Bosniya və Herseqovina XİN Dağlıq Qarabağda qondarma “seçkilər”in keçirilməsini qınayıb

Sarayevo, 5 aprel, AZƏRTAC 

Bosniya və Herseqovinanın Xarici İşlər Nazirliyi Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda qondarma “seçkilər”in keçirməsi ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinə nota göndərib.

AZƏRTAC xəbər verir ki, Bosniya və Herseqovina Azərbaycanın Dağlıq Qarabağ regionunda keçirilmiş qondarma “seçkilər”in ölkənin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı əsasında münaqişənin sülh yolu ilə həllini dəstəkləyən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in qərarına zidd olduğunu hesab edir. Rəsmi Sarayevo beynəlxalq hüququn norma və prinsiplərinin hər hansı bir şəkildə pozulmasını qınayır.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.