Bosniya və Herseqovina millisi Rusiya yığması ilə yoldaşlıq oyunu keçirəcək
AzerTAg.az

Sarayevo, 10 sentyabr, AZƏRTAC
Futbol üzrə Bosniya və Herseqovina milli komandası Rusiya yığması ilə yoldaşlıq oyunu keçirəcək.
AZƏRTAC xəbər verir ki, Bosniya və Herseqovina Futbol Federasiyası Rusiya Futbol Federasiyasının millilər arasında yoldaşlıq oyununun keçirilməsi ilə bağlı təklifinə müsbət cavab verib. Federasiyanın bugünkü iclasında ötən həftə Rusiyanın göndərdiyi təklif nəzərdən keçirilib.
Bildirilib ki, Bosniya və Herseqovina Futbol Federasiyası bu qərarı qəbul etməzdən əvvəl UEFA ilə məsləhətləşib və UEFA yoldaşlıq oyununun keçirilməsinə qarşı çıxmayıb.
Yoldaşlıq matçının noyabrın 19-da Sankt-Peterburqda keçiriləcəyi açıqlanıb.
Xatırladaq ki, UEFA və FIFA Rusiya-Ukrayna gərginliyi fonunda Rusiya komandalarının UEFA və FIFA-nın təşkil etdiyi turnirlərdə iştirakına qadağa qoyub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
Xəbərin mətnində orfoqrafik səhv var