REGİONLAR


Bosniya və Herseqovina nümayəndə heyətinin işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri başlayıb

Ağdam, 8 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

İyunun 8-də Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının sədri Bakir İzetbeqoviçin başçılıq etdiyi nümayəndə heyətinin Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfəri başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərin məqsədi nümayəndə heyətini Ermənistan silahlı qüvvələrinin Ağdam şəhərində törətdiyi vəhşiliklərlə tanış etməkdir. Nümayəndə heyəti ermənilər tərəfindən viran qoyulmuş Ağdam şəhərinin qalıqları ilə tanış olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.