DÜNYA
Bosniya və Herseqovina təhlükəsizlik baxımından regionda sonuncu yerdədir
Sarayevo, 13 avqust, AZƏRTAC
“Qlobal Sülh İndeksi”nə görə, Bosniya və Herseqovina həyat və səyahət üçün ən təhlükəsiz ölkələr sırasında 58-ci yerdə qərarlaşıb.
AZƏRTAC xəbər verir ki, Bosniya və Herseqovina təhlükəsizlik baxımından Qərbi Balkan regionunda isə sonuncu yerdədir. Bunun səbəbləri kimi siyasi qeyri-sabitlik, ölkə daxilində mübahisələrin çoxluğu və qonşu ölkələrlə münasibətlər göstərilib.
Qərbi Balkan regionundakı digər ölkələrdən Monteneqro siyahıda 48-ci və Serbiya isə 52-ci sırada qərarlaşıb.
Qeyd edək ki, “Qlobal Sülh İndeksi”ndə dünyanın 163 ölkəsinin siyasi sabitlik, qonşu ölkələrlə münasibətləri, daxili və xarici münaqişələr, cinayətkarlıq səviyyəsi və qaçqınların sayına görə reytinqi dərc olunur.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]
CFCM: Fransada islamofobiya halları son dərəcə artıb
- 19.04.2024 [16:43]