DÜNYA


Bosniya və Herseqovinada III əsrə aid mozaika parçası aşkar edilib

Sarayevo, 20 sentyabr, AZƏRTAC

Bosniya və Herseqovinada arxeoloqları Roma dövrünə aid olması ehtimal edilən III əsrə aid mozaika parçası aşkar ediblər.

AZƏRTAC xəbər verir ki, tarixi tapıntı Srebreniçanın şərqində yerləşən Skelani kəndindəki “Roma municipium”da (qədim Roma yaşayış məskəni) arxeoloji qazıntılar aparan bir qrup mütəxəssis tərəfindən tapılıb.

“Əvvəllər burada inzibati mərkəz olub və qazılan otaq çox dəbdəbəli olduğundan onun müxtəlif görüşlər üçün istifadə olunduğunu ehtimal edirik. Bu inzibati mərkəz ictimai işləri icra edirdi. Bu, “Roma municipium”unun I əsrdən IV əsrə qədər olan əhəmiyyətini təsdiqləyir”, – deyən arxeoloq İvana Qrujiç bu məkanın ölkədə unikal yer olduğunu söyləyib.

“Roma municipium” muzeyinin kuratoru Boris Radiç şəhər villası kimi istifadə edilən məkan barədə yeni təfərrüatları meydana çıxaran son tapıntıların əhəmiyyətli olduğunu vurğulayıb.

Qazıntı işləri davam etdirilir.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.