DÜNYA


Bosniya və Herseqovinada bir milyon dozadan çox COVID-19 peyvəndi yararsız hala düşüb

Sarayevo, 5 avqust, AZƏRTAC

Bosniya və Herseqovinada bir milyon dozadan çox COVID-19 infeksiyası əleyhinə vaksin istifadə müddəti bitdiyi üçün yararsız hala düşüb.

AZƏRTAC xəbər verir ki, ölkədə virusa yoluxma halları artığı üçün həkimlər insanları vaksinasiyadan keçməyə çağırırlar.

Pandemiyanın başlanğıcında Bosniya və Herseqovina sakinləri peyvənd üçün qonşu ölkələrə getdiyi halda hazırda vəziyyət başqadır. Lakin buna baxmayaraq, bu vaxta kimi ölkə əhalisinin 40 faizi ən azı bir doza peyvənd qəbul edib. Bunlar əsasən yaşlı insanlardır.

Yaşı 18-34 olanlar isə peyvənd olunmağa maraq göstərmirlər. Buna görə də indiyədək ölkədə bir milyon dozadan çox COVID-19 peyvəndi istifadə müddəti keçdiyi üçün məhv edilib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.