DÜNYA
Bosniya və Herseqovinada demoqrafik böhran davam edir
Sarayevo, 6 may, AZƏRTAC
Bosniya və Herseqovinada rəsmi qeydiyyatın aparıldığı gündən indiyədək doğum nisbəti ən aşağı səviyyəyə enib.
AZƏRTAC xəbər verir ki, ekspertlər ölkədə demoqrafik böhranın davam etdiyini və əhalinin bioloji davamlılığını təmin etməyin mümkün olmayacağını bildirirlər. Mütəxəssislər bu tendensiyanın davam edəcəyi təqdirdə, xaricə miqrasiya tamamilə dayandırılsa belə, ölkə əhalisinin sayının əsrin sonunda 2 milyon nəfərə düşəcəyi ilə bağlı xəbərdarlıq ediblər.
Bosniya və Herseqovinanın tərkibindəki Serb Respublikasında doğum nisbətinin ölüm nisbətini üstələdiyi heç bir şəhər, bələdiyyə və ya bölgə yoxdur. Serblərin daha çox yaşadığı bölgədə 2021-ci ildə 9274 doğum və 19 mindən çox ölüm qeydə alınıb.
Ölkədə təhsil sahəsində də vəziyyət ürəkaçan deyil. Belə ki, Bosniya və Herseqovina Statistika Agentliyinin məlumatına görə, ölkədə ibtidai məktəblərə qəbul olunan şagirdlərin sayı əvvəlki illə müqayisədə 1,3 faiz azalıb. Cari ildə ölkədəki 1752 ibtidai məktəbdə cəmi 264 min 598 şagird təhsil alır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]