DÜNYA
Bosniya və Herseqovinada inflyasiyanın qarşıdakı illərdə davam edəcəyi gözlənilir
Sarayevo, 12 noyabr, AZƏRTAC
Beynəlxalq Valyuta Fondu (IMF) Bosniya və Herseqovinada artan inflyasiyanın qarşıdakı illərdə davam edəcəyini proqnozlaşdırır.
AZƏRTAC xəbər verir ki, Sarayevoda keçirilən təqdimatda IMF-nin nümayəndələri Bosniya və Herseqovinada qarşıdakı dövrdə iqtisadi aktivliyin azalacağı, enerji və ərzaq qiymətlərinin inflyasiyaya təsirinin davam edəcəyi barədə məlumat veriblər. Ekspertlər inflyasiyanın yalnız 2024-cü ildə 3,5 faizə düşəcəyini, Bosniya və Herseqovinada elektrik enerjisi qiymətlərində böyük artımın olmayacağını qeyd ediblər.
Bundan başqa, Bosniya və Herseqovinanın enerji şoklarına qarşı Qərbi Avropa ölkələrinin əksəriyyətindən daha təhlükəsiz olduğu da bildirilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo